Xüsusi İstintaq Xidməti televiziya operatorunun peşə fəaliyyətinə mane olunması faktı üzrə bir nəfəri ifşa edib
Xüsusi İstintaq Xidməti “TV Pirveli” teleşirkətinin operatorunun peşə fəaliyyətinə mane olunması faktı üzrə bir vətəndaşı ifşa edib.
Məlumatı istintaq xidməti yayır.
“Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaqla 2022-ci ilin dekabrın 20-də “TV Pirveli” teleşirkətinin operatoru N.K.-nin Tbilisidə, Poniçalada, Davit Ağmaşenebeli küçəsinin yaxınlığında jurnalist fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Reportaj üzərində işləyərkən təqsirləndirilən D.M., peşə fəaliyyətinə mane olmaq məqsədi ilə operator N.K.-nin videokamerasına əli ilə vurub, nəticədə N.K. müvazinətini itirərək yıxılıb. Sözügedən hərəkətlə N.K.-nin peşə fəaliyyətini həyata keçirməsinə mane törədilib.
Xüsusi İstintaq Xidməti tərəfindən iş üzrə bütün zəruri istintaq və prosessual hərəkətlər aparılıb, cinayəti təsdiq edən sübutlar əldə edilib. Qeyd olunanlar əsasında 2023-cü ilin fevralın 27-də Gürcüstanın Baş Prokurorluğu tərəfindən D.M.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət işi başlanıb.
Jurnalistlərin hüquqlarının və onların peşə fəaliyyətinin müdafiəsi Xüsusi İstintaq Xidmətinin əsas prioritetlərindən biridir.
Xüsusi İstintaq Xidməti bu tip işlərin istintaqının tez və effektiv olması üçün hər şeyi edir”- deyə məlumatda qeyd olunub.