Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığını pozma faktı üzrə bir nəfəri saxlayıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən şəxsi həyatın toxunulmazlığını pozma faktı üzrə 1978-ci il təvəllüdlü şəxs saxlanılıb. Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayır.
Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda, iş üzrə aparılmış istintaqla təqsirləndirilən şəxsin 2023-cü ildə mehmanxanada cinsi əlaqə zamanı mobil telefonla gizli şəkildə lentə aldığı evli qadınla sevgi münasibəti olduğunun müəyyən edildiyi deyilir.
“Münasibətə son verdikdən sonra, 2024-cü ilin yanvarında təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi xahiş edib, əks halda onların cinsi əlaqəsinin gizli çəkilmiş görüntülərini qohumları arasında yayacağı ilə hədələyib. Bundan başqa, təqsirləndirilən şəxs gecə saatlarında zərərçəkmişin yaşadığı ünvana gələrək, uşaqlar və digər ailə üzvləri evdə olarkən içəri daxil olmağa cəhd edib. Xüsusi İstintaq Xidmətinin Qərbi Gürcüstan İdarəsi zərərçəkmiş qadının müraciətindən sonra təcili istintaq hərəkətləri həyata keçirib, nəticədə təqsirləndirilən şəxs saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı mobil telefonunda intim məzmunlu videomaterial aşkar edilib. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığını pozma faktlarının qarşısının alınması və cinayətdə ifşa olunan şəxslərin müəyyən edilməsi istiqamətində mübarizəni aktiv şəkildə davam etdirir”- məlumatda deyilir.