Xüsusi İstintaq Xidməti “Pormula” teleşirkətinin jurnalistinə qarşı zorakılıq faktı üzrə Rusiya vətəndaşını ifşa edib
Xüsusi İstintaq Xidməti “Pormula” teleşirkətinin jurnalistinə qarşı zorakılıq faktı üzrə Rusiya Federasiyasının vətəndaşını ifşa edib. Bununla bağlı Xüsusi İstintaq Xidməti məlumat yayır.
“Xüsusi İstintaq Xidmətinin apardığı istintaqla müəyyən edilib ki, 2022-ci ilin noyabrın 9-da Tbilisi şəh., Al.Puşkin küçəsinin yerləşdiyi ərazidə “Pormula” teleşirkətinin jurnalisti R.T. və həmin televiziyanın operatoru D.K., Rusiya Federasiyasının vətəndaşı E.K.-dan müsahibə almaq istəyiblər. Təqsirləndirilən E.K. idarə etdiyi avtomobilə əyləşərək onu işə salıb və qarşısında dayanmış jurnalist R.T.-nin ayaq nahiyəsinə qəsdən vurub, nəticədə zərərçəkmiş üz nahiyəsindən yüngül xəsarət alıb.
Xüsusi İstintaq Xidməti iş üzrə bütün zəruri istintaq və prosessual tədbirləri həyata keçirib, cinayəti təsdiq edən sübutları əldə edib və bunun əsasında da 2022-ci ilin dekabrın 20-də Gürcüstan Baş Prokurorluğu tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə Rusiya Federasiyası vətəndaşına qarşı cinayət təqibinə başlanılıb.
Jurnalistlərin hüquqlarının və onların peşə fəaliyyətinin müdafiəsi Xüsusi İstintaq Xidmətinin əsas prioritetlərindən biridir.
Xüsusi İstintaq Xidməti bu tip işlərin istintaqının tez və effektiv olması üçün hər şeyi edir” – deyə məlumatda qeyd olunub.