Xüsusi İstintaq Xidməti Penitensiar Xidmətin ayrı-ayrı əməkdaşları tərəfindən xidməti vəzifənin qeyri-müvafiq şəkildə yerinə yetirilməsi faktı ilə əlaqədar istintaq başladıb
Xüsusi İstintaq Xidməti Penitensiar Xidmətin ayrı-ayrı əməkdaşları tərəfindən xidməti vəzifənin qeyri-müvafiq şəkildə yerinə yetirilməsi faktı ilə əlaqədar istintaq başladıb

 
Xüsusi İstintaq Xidməti Penitensiar Xidmətin ayrı-ayrı əməkdaşları tərəfindən xidməti vəzifənin qeyri-müvafiq şəkildə yerinə yetirilməsi və ya yetirilməməsi faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 342-ci maddəsinin ikinci hissəsi ilə istintaq başladıb-məlumatı Xüsusi İstintaq Xidməti yayır.

İdarədən verilən məlumata görə, istintaqın başladılmasına əsas Penitensiar Xidmətdən cari ilin iyulun 11-də saat 03:10 radələrində cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş məhkumun intihar etməsi ilə əlaqədar Xüsusi İstintaq Xidmətinin “qaynar xətt”inə daxil olmuş bildiriş olub.

“Xüsusi İstintaq Xidməti qısa müddət ərzində bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək” – deyə qurumdan bildirilib.