Xüsusi İstintaq Xidməti patrul müfəttişini qrup şəklində törədilmiş zorakılıqda ifşa edib
Xüsusi İstintaq Xidməti patrul müfəttişini qrup şəklində törədilmiş zorakılıqda ifşa edib

 
Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaq nəticəsində vətəndaşa qarşı qrup şəklində törədilmiş fiziki zorakılıq faktı üzrə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin patrul müfəttişi Q.İ. ifşa edilib-bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayır.

“İstintaqla 2023-cü ilin sentyabrın 28-də Axaltsixedəki yanacaqdoldurma məntəqəsinin ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşının onu müşayiət edən şəxslə birlikdə məişət zəminində baş vermiş mübahisə zamanı vətəndaşa qarşı fiziki zorakılıq törətdiyi, nəticədə onun sağlamlığına yüngül zərər vurduğu müəyyən edilib.

Xüsusi İstintaq Xidmətinin əldə etdiyi sübutlar əsasında Gürcüstan Prokurorluğu patrul polisi əməkdaşına qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi ilə qrup tərəfindən sağlamlığa yüngül xəsarət yetirildiyinə görə ittiham irəli sürüb. Cinayət 5 ilə qədər həbsi nəzərdə tutur.

Faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən istintaq davam etdirilir” – deyə Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.