Xüsusi İstintaq Xidməti Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşını saxlayıb
Xüsusi İstintaq Xidməti Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşını saxlayıb

 
İstintaq Xidməti Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşını saxlayıb.

Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayır.

“Xüsusi İstintaq Xidməti tərəfindən təhdid faktı ilə əlaqədar Gürcüstan Müdafiə Nazirliyinin Müdafiə Qüvvələrinin Hərbi Polis İdarəsinin əməkdaşı İ.M. saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin fevralın 23-də azartlı oyunlarda pul uduzduqdan sonra axşam saatlarında evə gəlib və bu zaman həyat yoldaşı ilə mübahisə yaşayıb və onu öldürməklə təhdid edib. Bundan sonra təqsirləndirilən şəxs həyat yoldaşını təhdid etməyə davam edib. Cari ilin mart ayında məişət zəminində yaranan münaqişə zamanı o, həyat yoldaşını həm birbaşa fiziki təzyiq, həm də qısa mətn bildirişləri ilə təhdid edib. Bütün hallarda zərərçəkənin təhdidin həyata keçiriləcəyi ilə bağlı əsaslı qorxusu olub.

Zərərçəkmiş qadının müraciət etməsindən sonra Xüsusi İstintaq Xidməti dərhal istintaq başladıb və prokurorluqla əməkdaşlıqla hüquq-mühafizə orqanının əməkdaşını ifşa edən sübutlar əldə edib, bundan sonra da məhkəmənin hökmü əsasında o saxlanılıb. Hərbi polis barəsində ittiham 48 saat ərzində təqdim olunacaq. Cinayət üç ilədək müddətə həbs cəzasını nəzərdə tutur. Xüsusi İstintaq Xidməti faktla bağlı istintaqı davam etdirir”- məlumatda qeyd olunub.