Xüsusi İstintaq Xidməti “Milli Hərəkat”ın üzvü Qiorqi Kirtadzeyə hücum edən şəxsi saxlayıb
Xüsusi İstintaq Xidməti Batumidə “Vahid Milli Hərəkat”ın üzvü Qiorqi Kirtadzeyə qarşı siyasi təqib və zorakılıq faktı üzrə bir nəfəri saxlayıb.
İstintaq Xidmətinin məlumatına əsasən: qısa müddətdə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əldə etdiyimiz sübutlar əsasında, Gürcüstan Cinayət Məcəlləsinin şəxsin siyasi fəaliyyəti ilə əlaqədar təqib edilməsini nəzərdə tutan 156-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində 1988-ci il təvəllüdlü İ.S. saxlanılıb.
“İstintaqla müəyyən eidlib ki, 2022-ci ilin dekabrın 19-da Batumi şəhəri Qorqasali küçəsi 127 ünvanı yaxınlığında, “Vahid Milli Hərəkat”ın üzvü Qiorqi Kirtadze “Pormula” teleşirkətinin canlı efirinə bağlanarkən təqsirləndirilən şəxs yaxınlaşaraq, Qiorqi Kirtadzenin siyasi fəaliyyəti ilə bağlı narazılığını ifadə edib, daha sonra da İ.S. Qiorqi Kirtadzeyə yumurtalar atmağa başlayıb, aqressiv şəkildə müraciət edib və sözlü şəkildə təhqir edib.
Bundan sonra təqsirləndirilən şəxs Qiorqi Kirtadzenin üzünə əli ilə vurub. Qanunla müəyyən edilmiş müddətdə saxlanılan şəxs barəsində ittiham irəli sürüləcək. Cinayət üç ilədək müddətə həbs cəzasını nəzərdə tutur” -deyə İstintaq Xidmətindən bildiriblər.