Xüsusi İstintaq Xidməti - Mayın 13-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən parlament yaxınlığında aksiya iştirakçılarına qarşı həddindən artıq güc tətbiq etmə faktları ilə əlaqədar istintaq başlayıb
Xüsusi İstintaq Xidmətinin verdiyi məlumatda, qurumun, mayın 13-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən parlament yaxınlığında aksiya iştirakçılarına qarşı həddindən artıq güc tətbiq etmə faktları ilə əlaqədar istintaq başlatdığı deyilir. Bu haqda Xüsusi İstintaq Xidmətinin bəyanatında qeyd olunub.
“Xüsusi İstintaq Xidməti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2024-cü ilin mayın 13-də, qanunverici orqan yaxınlığında aksiya iştirakçılarına qarşı həddindən artıq güc tətbiq etmə faktları ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” yarımbəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaq başladıb.
Qurum həddindən artıq güc tətbiq edilməsinin bütün cinayətkar epizodlarına müvafiq hüquqi reaksiya verir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”- Xüsusi İstintaq Xidmətinin bəyanatında qeyd olunub.