Xüsusi İstintaq Xidməti mayın 11-də Leonidze küçəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vətəndaşa qarşı zorakılıq etməsi faktı üzrə istintaqa başladı
Xüsusi İstintaq Xidməti mayın 11-də Leonidze küçəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vətəndaşa qarşı zorakılıq etməsi faktı üzrə istintaqa başladı, – bu barədə qurumun açıqlamasında qeyd edilib.
Bəyanatda qeyd edildiyi üzrə, Xüsusi İstintaq Xidməti istintaqın obyektiv aparılması üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirir.
“Xüsusi İstintaq Xidməti, 2024-cü ilin mayın 11-də Q. Leonidze küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşa qarşı zorakılıq tətbiq edilməsi faktı üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “B” yarımbəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaqa başlanılıb.
“Xüsusi İstintaq Xidməti istintaqın obyektiv aparılması və iş üzrə qanuni, hüquqi qərar qəbul edilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirir”, – deyə bəyanatda qeyd edilib.