Xüsusi İstintaq Xidməti Kaxetidə yeni idarə açıb
Xüsusi İstintaq Xidməti Kaxetidə yeni idarə açıb

 

Xüsusi İstintaq Xidmətinin gücləndirilməsi və institusional genişləndirilməsi çərçivəsində coğrafi əlçatanlığı və effektiv istintaqı təmin etmək üçün Telavidə Kaxeti regional idarəsi açılıb.

Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze müavinləri və “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın nümayəndələri ilə birlikdə yeni ofisi ziyarət edib, iş prosesi ilə yerindəcə tanış olub.

Telavi şəhərində yeni açılmış ofis (Erekle II prospekti, №16) məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılıb və dindirmə və şəxsiyyəti müəyyənləşdirmə otaqları, telekörpü sistemləri və uşaq mühitinə uyğunlaşdırılmış yetkinlik-yaşına çatmamış şəxsin otağı da daxil olmaqla istintaq orqanı üçün bütün zəruri infrastrukturla təchiz edilib.

Müasir infrastrukturla təchiz edilmiş regional idarə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Kaxeti bölgəsində kobud rəftar, insan hüquqları və azadlıqlarına qarşı törədilmiş cinayətlərlə bağlı Xüsusi İstintaq Xidmətinin müstəntiqlərinə vaxtında reaksiya verməyə, obyektiv və səmərəli araşdırma aparmağa imkan verəcək.

Xüsusi İstintaq Xidmətinin Kaxeti regional idarəsi açıq müsabiqə yolu ilə seçilmiş peşəkar kadrlarla komplektləşdirilib və onlar yeni açılmış ofisdə öz səlahiyyətlərini həyata keçirməyə başlayıblar.

Xüsusi İstintaq Xidməti pis rəftar və onunla əlaqəli cinayətlərə qarşı effektiv mübarizə aparmaq məqsədilə institusional gücləndirmə islahatı çərçivəsində Qərbi və Şərqi Gürcüstanda yeni ofislər açmağı planlaşdırır.

Məlumatı Xüsusi İstintaq Xidməti yayır.