Xüsusi Dövlət Mühafizə Xidmətinə çağırışçıların müraciətlərinin qəbuluna başlanılıb
Xüsusi Dövlət Mühafizə Xidmətinə çağırışçıların müraciətlərinin qəbuluna başlanılıb. Hərbi qeydiyyatda olan 18-26 yaşlı çağırışçı müraciət edə bilər.
Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş məlumatda bildirilir ki, xidməti müqavilədən keçmək üçün şərtlər bunlardır:
Üç gündə bir dəfə növbətçilik;
Sağlamlıq sığortası ;
Tələbələr və idmançılar üçün aktiv dəstək ;
“Xidməti müqaviləyə yazılmazdan əvvəl çağırışçılar təlim kursundan keçəcəklər və kurs zamanı onlar: nəzəri biliklərə yiyələnəcəklər; İxtisaslı təlimatçıların nəzarəti altında və təhlükəsizlik normalarına tam riayət olunmaqla, döyüş iletlərinə yiyələnmək və odlu silahdan istifadə etməklə bağlı praktiki təlim keçəcəklər; Müasir standartlara uyğun yaşayış və əsas şəraitlə təmin olunacaqlar.
Müraciət edərkən çağırışçı təqdim etməlidir:
Müvafiq rayon hərbi idarəsindən hərbi bilet haqqında arayış;
Gürcüstan vətəndaşlığını təsdiqləyən şəhadətnamənin surəti;
Digər sənədlər müraciət təqdim edildikdən sonra.
Müraciətləri elektron poç[email protected], həmçinin ünvanda: Tbilisi, 9 aprel, N2. qəbul etmək olar”-deyə məlumatda qeyd olunub.