Xurvaleti kəndi həndəvəri işğal olunmuş ərazidə Rusiya işğal qüvvələri nümayəndələri qanunsuz işlər aparırlar
Qori munisipalitetinin Xurvaleti kəndi həndəvəri işğal olunmuş ərazidə rus hərbçiləri qanunsuz işlər aparırlar.
Gürcüstanın Birinci Kanalının jurnalistinin həmin yerdən verdiyi məlumata görə, rus işğalçı qüvvələrinin nümayəndələrinin qanunsuz işi kəndin şərq hissəsində, yamacda davam edir.
Fakt Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənir.
DTX-nin məlumatına görə, faktla bağlı Avropa İttifaqının qaynar xətti işə salınıb.