Xose Miqel Santos Rustavi şəhərinin merini su təchizatının yaxşılaşdırılması üçün "Rustavi Water" tərəfindən həyata keçirilən layihələrlə tanış edib
Xose Miqel Santos Rustavi şəhərinin merini su təchizatının yaxşılaşdırılması üçün "Rustavi Water" tərəfindən həyata keçirilən layihələrlə tanış edib

 
“Rustavi Water” şirkətinin sahibi, “GGU Group”un baş direktoru Xose Miqel Santos Rustavi şəhərinin meri Nino Latsabidze ilə görüşüb, Rustavinin su təchizatının yaxşılaşdırılması üçün aparılan bərpa işləri və başa çatdırılmış layihələri təqdim edib.

“Bu gün biz Rustavidə həyata keçirdiyimiz layihələrlə bağlı şəhər merinə yeni məlumatlar vermək üçün Rustavidəyik. Görüşdə biz həmçinin Rustavinin su təchizatının keyfiyyətinin yaxşılaşdırılması üçün fəal işlədiyimiz cari və planlaşdırılan layihələri təqdim etdik”-deyə “GGU Group”un baş direktoru Xose Miqel Santos açıqlayıb.

“GWP”-nin mətbuat xidmətinin yaydığı məlumata əsasən “Rustavi Water” şirkəti Rustavi şəhərinin su təchizatı üçün ən prioritet və mühüm layihələrdən birini, Xramın əsas tikilisində yerləşən 5-ci mədən quyusu anbarının kompleks işlərini başa çatdırıb. Bərpa işləri çərçivəsində quyunun zədələnmiş divarı bərkidilib və yeni nasos aqreqatı quraşdırılıb. İyulun 15-dən nəzarət işləri başa çatdıqdan sonra 5-ci mədən quyusu anbarı istismara veriləcək və Rustavi şəhərinə saatda 1130 m3 su əlavə ediləcək. Nəticədə Rustavi sakinlərinin su təchizatının keyfiyyəti xeyli yaxşılaşacaq.

“Bu gün biz Rustavi merini “Rustavi Water” şirkətinin həyata keçirdiyi layihələrlə bağlı yenilənmiş məlumatlarla tanış etdik. Beşinci mədən quyusunun bərpa işlərinin başa çatdırılması, su təchizatı şəbəkəsinin təfərrüatlı tədqiqi üçün kəşfiyyat-diaqnostika işlərinin gedişatı və yaxın gələcəkdə planlaşdırılan reabilitasiya layihələri barədə danışdıq”- deyə “GWP”nin texniki direktoru Zurab Alpaidze açıqlayıb.