Xorvatiyanın Xarici və Avropa Işləri naziri Gürcüstana səfər edəcək
Xorvatiyanın Xarici və Avropa Işləri naziri, Qordan Qriliç Radman Gürcüstana səfər edəcək.
Gürcüstan Xarici İşlər Nazirliyində qeyd edirlər ki, bu, Xorvatiyanın Xarici İşlər nazirinin Gürcüstana ilk səfəridir, hansı da iki ölkə arasında diplomatik əlaqələrin 30 illik yubileyi çərçivəsində həyata keçirilir.
Səfər çərçivəsində, Xorvatiyanın birinci diplomatı Gürcüstanın icra və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcək, o cümlədən gürcühəmkarı, İliya Darçiaşvili ilə.
Bununla yanaşı, səfər çərçivəsində, iqtisadi əməkdaşlıq haqqında razılaşma və diplomatik təlimlərə dair xarici idarələr arasında anlaşma memorandumu imzalanacaq.
Qordan Qriliç Radmanın Gürcüstana səfəri 11 fevralda başa çatacaq.