Xorvatiyanın xarici işlər naziri – Biz Gürcüstan, Ukrayna və Moldova üçün Avropa perspektivini görürük
“Biz Gürcüstan, Ukrayna və Moldova üçün Avropa perspektivini görürük”, – Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman “Şərq Tərəfdaşlığı” çərçivəsində ministerialdan əvvəl deyib.
Xorvatiyanın xarici işlər nazirinin sözlərinə görə, onlar üçün Avropa qonşuluğunda sabitlik vacibdir.
“Biz Gürcüstan, Ukrayna və Moldovanın Avropa perspektivini görürük. Avropa qonşuluğunda sabitlik və sülh bizim üçün həqiqətən vacibdir. Bu gün biz bəzi ölkələrin xarici işlər nazirləri ilə görüşdük, digərləri ilə görüşəcəyik, onlara dəstək olmaqda maraqlıyıq”, – deyə o bildirib.