Xorvatiya parlamenti Baş nazir Andrey Plenkoviçin yeni hökumətini təsdiqlədi
Xorvatiya parlamenti Baş nazir Andrey Plenkoviçin yeni hökumətini təsdiqlədi

Xorvatiya parlamenti baş nazir Andrey Plenkoviçin yeni hökumətini təsdiqlədi. Məlumatı “Reuters” agentliyi yayır.

Hakim “Xorvatiyanın Demokratik İttifaqı” ifrat sağçı “Vətən” hərəkatı ilə koalisiya hökuməti yaratdı, nəticədə Plenkoviç üçüncü müddətə vəzifəsini qorudu. Yeni hökuməti 79 deputat 61 deputata qarşı dəstəklədi.

Məlumat üçün bildirək ki, “Vətən” partiyasının nümayəndələri Nazirlər Kabinetinin üzvləri sırasında ilk dəfədilər. Onlar Kənd Təsərrüfatı, Demoqrafiya və İqtisadiyyat Nazirliyinin iki şöbəyə bölünmüş  hissələrindən birinə rəhbərlik edəcəklər.