Xobidə yol qəzası nəticəsində bir nəfər öldü
Xobidə yol qəzası nəticəsində bir nəfər öldü

Xobi-Potini birləşdirən yolun Şua Kvaloni hissəsində yol qəzası baş verdi. Bir-birilə Mersedes Vito və Honda markalı minik avtomobilləri toqquşdular.

Toqquşma nəticəsində 50 yaşlı qadın yerindəcə vəfat etdi.

İki nəfər ağır xəsarət aldı. Onları hazırda xəstəxanaya aparırlar.

Hadisə yerinə hüquqmühafizəçilər, xilasedicilər və təcili tibbi yardım briqadaları səfərbər olunub.

Baş verənlər üzrə istintaqa başlanılıb.