Xobi Munisipalitetində qətl hadisəsi baş verib
Xobi Munisipalitetində qətl hadisəsi baş verib

 

Xobi Munisipalitetində qətl hadisəsi baş verib. Mövcud məlumata əsasən başından küt əşya ilə xəsarət alan və yaşı 50-dən az olan qadın həlak olub.

Meyit Samxarauli Məhkəmə-Tibbi Ekspertiza Bürosuna yerləşdirilib.

Daxili İşlər Nazirliyinin məlumatında qətli törətməkdə təqsirləndirilən şəxsin artıq saxlanıldığı deyilir. İstintaq qəsdən adam öldürməni nəzərdə tutan CM-nin 108-ci maddəsi ilə aparılır.