XİN- Rusiya Dumasının sədri Vyaçeslav Volodinin işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirik ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır
XİN- Rusiya Dumasının sədri Vyaçeslav Volodinin işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirik ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır

 

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında nazirliyin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Gürcüstanın dövlət sərhədini pozaraq işğal olunmuş Abxaziya bölgəsinə səfərini qətiyyətlə pislədiyi deyilir.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, bu fakt Moskva tərəfindən beynəlxalq hüququn fundamental prinsip və normalarının növbəti dəfə kobud şəkildə pozulmasıdır.

“Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Gürcüstanın dövlət sərhədini pozaraq işğal altında olan Abxaziya bölgəsinə səfərini qətiyyətlə pisləyir ki, bu da Moskva tərəfindən beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulması, suveren dövlətin ərazi bütövlüyünün pozulması siyasətinin davam etdirilməsi və 2008-ci ilin avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış atəşkəs haqqında saziş də daxil olmaqla beynəlxalq öhdəliklərə etinasız yanaşılmasının növbəti faktıdır” -deyə bəyanatda deyilir.