Xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş ikinci yeni, Avropa tipli “H 145” helikopteri Daxili İşlər Nazirliyinə verilib
İkinci “H 145” helikopteri Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə verilib. Onun rəsmi təhvil prosesi Almaniyada, “Airbus Helicopters”in müəssisəsində baş tutub.
Daxili İşlər Nazirliyindən verilən məlumatda, helikopterin xilasetmə vasitəsilə təchiz edildiyi, eləcə də hündürlükdə fəaliyyət göstərmək qabiliyyəti ilə seçildiyi deyilir. Yeni helikopter yanğınsöndürmə və xilasetmə avadanlığı ilə tam təchiz edilib.
“Qeyd edək ki, Almaniyada “Airbus Helicopters” təlim akademiyasında tam hazırlıq keçmiş gürcü heyət tərəfindən yeni, Avropa tipli “H 145″ helikopterinin Gürcüstana nəqli həyata keçirilib”- deyə Daxili İşlər Nazirliyindən bildirilib.
2022-ci ilin dekabrın 19-da Daxili İşlər Nazirliyində “Airbus Helicopters” fransız şirkəti ilə üç “H145” helikopterinin alınması ilə bağlı müqavilə imzalanıb. Üçüncü helikopterin gürcü tərəfinə 2024-cü ilin iyun ayına qədər verilməsi planlaşdırılır.