Xilasedicilər Svanetidə Enquri çayında 3 nəfəri axtarır
Xilasedicilər Svanetidə Enquri çayında 3 nəfəri axtarır

Xilasedicilər Svanetidə Enquri çayında 3 nəfəri axtarır.

Dünən gecə saatlarında Mestia bələdiyyəsinin Nakra kəndi yaxınlığında avtomobil Enquri çayına düşüb.

Sameqrelo-Zemo Svaneti qubernatorunun müavini Nino Viblianın Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, avtomobildə olan iki azyaşlı Nakra kəndindən, biri isə Zuqdididəndir. Onun sözlərinə görə, hadisənin şahidi yoxdur.

“Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara fövqəladə halların idarə olunması xidmətinin xilasediciləri cəlb olunub, çoxlu sayda yerli əhali də iştirak edir”, – Nino Vibliani bildirib.