Xilasedicilər Metexi körpüsündən Kür çayına düşən avtomobildə bir nəfərin cəsədini aşkar ediblər
Tbilisidə Metexi körpüsü yaxınlığına axtarış-xilasetmə işləri başa çatıb.
Xilasedicilər bir az bundan əvvəl avtomobili Kür çayından çıxarıblar.
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin nümayəndəsi, Tbilisi Yanğından Mühafizə Qüvvələri İdarəsinin rəhbəri Levan Muselianinin jurnalistlərə açıqladığı üzrə, avtomobildə gənc kişinin cəsədi tapılıb.
“Daxil olan məlumata görə, Metexi körpüsündən Kür çayına avtomobil düşüb. Yanğınsöndürmə və xilasetmə qüvvələri vaxtında müdaxilə ediblər. Dalğıc qrupu, eləcə də üzən vasitələr, yanğınsöndürən-xilasedicilərin şəxsi heyəti prosesə qoşulmuşdu. Dalğıclar bir neçə saat boyunca fasiləsiz olaraq davam edən axtarışlardan sonra ağır texnika ilə çıxarılan avtomobili tapıblar. Avtomobildə dünyasını dəyişmiş gəncin meyiti tapılıb. Onun kimliyinə gəlincə, bu, indiki mərhələdə məlum deyil və müvafiq xidmət tərəfindən müəyyən ediləcək” – Levan Museliani açıqlayıb.
Kür çayının perimetri üzrə dalğıcların iştirakı ilə axtarış-xilasetmə işləri bir neçə saat boyunca davam edirdi. Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yaydığı məlumatda, axtarış-xilasetmə işlərinə xidmətin rəhbəri Temur Mğebrişvilinin şəxsən rəhbərlik etdiyi deyilir.
Bir neçə saat əvvəl Metexi körpüsündən Kür çayına avtomobil düşüb.