Xilasedicilər Bakurianidə qar kütləsinin altında qalmış adamın cəsədini aşkar ediblər
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasediciləri aparılan intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Bakuriani şəhərinin Borjomi munisipalitetində qar altında qalmış 1 nəfərin cəsədini aşkar ediblər.
Fövqəladə halların idarə olunması xidmətinin məlumatına görə, işə 200-ə yaxın yanğınsöndürən-xilasedici, sərhəd polisi helikopteri, xilasedici pilotsuz uçuş aparatları, kinoloji xidməti və Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri cəlb olunmuşdu.
“Mərhumun cəsədi xilasedicilər tərəfindən qar kütləsi altından çıxarılıb, müvafiq hüquqi prosedurlar davam etdirilir”, – Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatında deyilir.