Xilasedicilər Artana kəndi yaxınlığında, dağlıq ərazidə olan və səhhətinin pisləşməsi səbəbindən hərəkət edə bilməyən vətəndaşı tibbi müəssisəyə çatdırıblar
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları Telavi bələdiyyəsinin Arxana kəndi yaxınlığındakı dağlıq ərazidə olan və səhhətinin pisləşməsi səbəbindən müstəqil şəkildə hərəkət edə bilməyən vətəndaşı tibbi müəssisəyə çatdırıblar.
Xidmətin məlumatına görə, İctimai Təhlükəsizliyin İdarə Olunması Mərkəzi “112”-yə Arxana kəndi yaxınlığında dağda olan bir şəxsin təcili yardıma ehtiyacı olduğu barədə məlumat daxil olub.
“Məlumat daxil olan kimi xilasetmə əməliyyatı planlaşdırılıb. Əməliyyata Fövqəladə Halların İdarə Olunması Xidmətinin xüsusi vəziyyətlərə reaksiya qrupu ilə yanaşı, Sərhəd Polisinin helikopteri də cəlb olunub. Uğurlu xilasetmə əməliyyatı nəticəsində vətəndaş tibbi müəssisəyə çatdırılıb”, – deyə yayılan məlumatda bildirilir.