Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş polis əməkdaşı Otar Ğvinaşvili hərbi qaydada dəfn edilib
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş polis əməkdaşı Otar Ğvinaşvili hərbi qaydada dəfn edilib

 

Yanvarın 20-si gecəsi Saqarecoda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin Saqareco rayon idarəsinin baş müfəttişi, baş polis leytenantı Otar Ğvinaşvili hərbi qaydada dəfn edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşını son mənzilə daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavinləri, nazirliyin müxtəlif bölmələrinin rəhbər şəxsləri, həmkarları və mərhum polisin yaxınları yola salıblar.

Fəxri qarovul mərhumun xatirəsini atəş açmaqla yad edib, dəfn mərasimindən sonra isə Gürcüstanın dövlət bayrağı onun oğluna verilib.

Dəfn mərasimindən əvvəl dünən Tbilisidə Otar Ğvinaşvilinin mülki yas mərasimi keçirilib, baş nazir daxili işlər naziri və hökumət üzvləri ilə birlikdə mərhum polisin xatirəsini ehtiramla yad edib və mərhumun ailə üzvlərinə şəxsən başsağlığı verib.

Daxili işlər nazirinin qərarına əsasən, Saqarecoda hücum zamanı həlak olan polis əməkdaşı Otar Ğvinaşvili nazirliyin birinci dərəcəli medalı ilə- “xüsusi xidmətə görə” təltif edilib.