Xidmət agentliyi beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb
“On Road Traffic” xidmət agentliyi 19 sentyabr 1949-cu il tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq sürücülük vəsiqəsinin verilməsinə başlayıb. Bu barədə məlumatı xidmət agentliyi yayır.
Xidmət agentliyinin məlumatına görə, beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi əsasında bir il müddətinə verilir və sənəd Gürcüstandan kənarda, Cenevrə Konvensiyasına üzv olan ölkələrdə etibarlıdır.
Bundan əlavə, xidmət agentliyi 8 noyabr 1968-ci il tarixli Vyana Konvensiyasında nəzərdə tutulmuş üç il müddətinə etibarlı olan beynəlxalq sürücülük vəsiqəsi də verir.
Agentliyin məlumatına görə, sənəd Gürcüstandan kənarda, Vyana Konvensiyasına üzv olan ölkələrdə etibarlıdır.
“Beynəlxalq sürücülük vəsiqəsi almaq üçün maraqlı şəxs xidmət orqanına təqdim etməlidir: şəxsiyyəti təsdiq edən sənəd; Milli sürücülük vəsiqəsi”. – yayılan məlumatda deyilir.