Xəzinə öhdəlikləri hərracında 30 000 000 lari dəyərində qiymətli kağız satılıb
Gürcüstan Milli Bankının yaydığı məlumatda, 2022-ci ilin noyabrın 8-də Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında nominal dəyəri 30 000 000 lari, tədavül müddəti 364 gün olan qiymətli kağızlar satıldığı deyilir.
Mərkəzi Bankdan verilən məlumatda hərracda beş kommersiya bankının iştirak etdiyi bildirilir. Tələb 91.500.000 lari təşkil edib.
Minimum faiz dərəcəsi 9,490 faizlə, maksimum faiz dərəcəsi 9,500 faiz, orta ölçülü faiz dərəcəsi isə 9,493 faizlə müəyyən edilib.