Xəzinə öhdəlikləri hərracında 100 000 000 lari dəyərində qiymətli kağızlar satılıb
Gürcüstan Milli Bankının yaydığı məlumatda, 2022-ci ilin dekabrın 20-də Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında nominal dəyəri 100 000 000 lari, 10 illik müddəti olan qiymətli kağızlar satıldığı deyilir.
Mərkəzi Bankdan verilən məlumatda hərracda dörd kommersiya bankının iştirak etdiyi bildirilir. Tələb 248 000 000 lari təşkil edib.
Minimum faiz dərəcəsi 8,850 faizlə, maksimum faiz dərəcəsi 8,960 faiz, orta ölçülü faiz dərəcəsi isə 8,929 faizlə müəyyən edilib.
Kupon faiz dərəcəsi 9,375 faiz təşkil edib. Kupon ildə iki dəfə, altı aydan bir ödəniləcək.