Xəzinə Obliqasiya Hərracında 85 000 000 lari dəyərində qiymətli kağız satılıb
Xəzinə Obliqasiya Hərracında 85 000 000 lari dəyərində qiymətli kağız satılıb

Milli Bankın məlumatına görə, Maliyyə Nazirliyinin Xəzinədarlıq Obliqasiyalar Hərracında nominal dəyəri 85 000 000 lari olan beşillik qiymətli kağızlar satılıb.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda dörd kommersiya bankı iştirak edib. Tələb 170 500 000 larini təşkil edib. Minimum faiz dərəcəsi 9,840 faiz, maksimum faiz dərəcəsi 9,940 faiz, orta çəkili faiz dərəcəsi isə 9,865 faiz təşkil edib.

Kupon faiz dərəcəsi 8,125 faiz təşkil edib. Kupon ildə iki dəfə, altı aydan bir ödəniləcək.