Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi iki illik hesabat təqdim edəcək

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi iki illik hesabat təqdim edəcək. Tədbiri səhiyyə naziri Ekaterine Tikaradze açıb.

Hesabatın əsas mövzuları yeni koronavirus istiqamətində həyata keçirilən fəaliyyətlər, yoluxucu xəstəliklərin yol açdığı xəstəlik, fiziki məhdudiyyət və ölümcüllüyü azaltmaq, laboratoriya fəaliyyəti və ictimai sağlamlığın elektron informasiya sisteminin daha da inkişaf etdirilməsidir.

Nazir çıxışında Mərkəzin fəaliyyətinə və gələcək planlarına diqqət çəkdi. Qurumun rəhbəri qeyd etdi ki, mərkəz əhalinin sağlamlığının qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib.

“Koronavirus bütün dünyaya yayılandan bəri biz Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rolunu gördük. Hesab edirəm ki, bu istiqamətdə mərkəzin daha da gücləndirilməsi vacibdir. İctimaiyyətin yüksək marağına görə Xəstəliklərə Nəzarət Mərkəzi iki illik hesabat təqdim edib. Nə etdilər, gələcək üçün planları nədir və əsas vəzifəsi nədir. Bu gün burada verilən suallar strateji addımlar atmaqda əhəmiyyətli dərəcədə bizə kömək edəcək”, – Tikaradze bildirib.