Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz - tərəfimizdən Gürcüstanda koronavirusun yeni EG.5 ştamına heç bir yoluxma halı təsdiqlənməyib
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdə Gürcüstanda koronavirusun yeni ştamına heç bir yoluxma halının təsdiqlənmədiyini deyirlər.
Verilmiş məlumatda onlar “Covid-19”un dövriyyədə olan variantlarını və digər virusların yayılmasını fəal şəkildə müşahidə etməyə davam etdiklərini bildirirlər.
“Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzi tərəfindən koronavirusun yeni EG.5 ştamına heç bir yoluxma halı təsdiqləməyib. Yalnız Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz virusun yeni variantlarının laboratoriya nəzarətini həyata keçirir. Həmçinin, yalnız Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz virusun yeni variantlarını təsdiqləmək imkanına malikdir və özəl laboratoriyalar tərəfindən yeni ştamların təsdiqlənməsi ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Mərkəz ölkə ərazisində dövriyyədə olan “Covid-19” variantlarının, eləcə də digər virusların yayılmasının monitorinqini fəal şəkildə davam etdirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusun EG.5 ştamı hazırda yayılmış “Omicron” ştamından fərqli simptomların və ya ağır xəstəliyin inkişafına səbəb olmur. Beləliklə də başqa reaksiya tələb etmir və standart protokollar əsasında idarə olunur”-deyə məlumatda deyilir.