Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz koronavirusa son bir ayda təsdiqlənmiş yoluxma halları ilə bağlı göstəriciləri dərc edir
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz koronavirusa son bir ayda təsdiqlənmiş yoluxma halları ilə bağlı göstəriciləri dərc edir.
Bir ayın göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 35 719 yeni yoluxma halı aşkarlanıb, 43 189 pasiyent sağalıb, 20 nəfər dünyasını dəyişib.
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz tərəfindən verilən məlumatda sentyabrın 1-dən sentyabrın 9-u daxil olmaqla, Gürcüstanda koronavirusa 11 582 yoluxma halının aşkarlandığı, 13 065 nəfərin sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir. 7 günlük testləşmənin müsbətlik göstəricisi 16 faizdir.
“Sentyabrın 8-dən sentyabrın 14-ü də daxil olmaqla ölkədə virusa 9206 yoluxma faktı aşkarlanıb, 10989 nəfər sağalıb, 5 pasiyent vəfat edib. 7 günlük testləşmənin müsbətlik göstəricisi 15 faizdir.
Sentyabrın 15-dən sentyabrın 21-dək Gürcüstanda virusa 7664 yoluxma faktı aşkarlanıb, 9989 nəfər sağalıb, 4 nəfər vəfat edib. 7 günlük testləşmənin müsbətlik göstəricisi 12 faizdir.
Sentyabrın 22-dən sentyabrın 28-i də daxil olmaqla 5755 yoluxma halı təsdiqlənib, 8223 nəfər sağalıb, 4 nəfər vəfat edib. 7 günlük testləşmənin müsbətlik göstəricisi 10 faizdir.
Sentyabrın 29-dan sentyabrın 30-dək olan göstəricilərlə Gürcüstanda koronavirusa 1512 yoluxma faktı aşkar edilib, 923 nəfər sağalıb, 2 pasiyent vəfat edib. 7 günlük testləşmənin müsbətlik göstəricisi 8 faizdir”-bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin dərc etdiyi göstəricidə qeyd olunur.