Xəstəliklərə Nəzarət Milli Mərkəzi - Koronavirusdan vəfat edənlərin 98,96 faizi peyvənd olunmamışdı

Gürcüstanda Xəstəliklərə Nəzarət Milli Mərkəzi Gürcüstanda peyvənd olunmayan koronavirus hallarının  statistikasını dərc edir.

Onların sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxmuş vətəndaşların 95,92 faizi peyvənd olunmayıb, 94,4 faizi xəstəxanaya yerləşdirilib, 98,96 faizi isə Covid-19-dan dünyasını dəyişənlər arasında peyvənd olunmamışdı.

Xatırladaq ki, Gürcüstanda son 24 saat ərzində 4565 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2285 nəfər sağalıb, 78 nəfər vəfat edib.

Ölkədə 780 391 nəfərin Covid-19-a yoluxması müəyyən edilib, onlardan 711 105 nəfər sağalıb, 10 894 nəfər vəfat edib.

Eyni zamanda, Gürcüstanda ümumilikdə 2 041 209 peyvənd aparılıb, gündəlik 7 800 nəfər peyvənd olunub.