Xelvaçauri Sakrebulosunun “Milli Hərəkat” fraksiyasının sədri sədr vəzifəsini və partiyanı tərk edib
Xelvaçauri Sakrebulosunun “Milli Hərəkat” fraksiyasının sədri Malxaz Tavdqiridze sədr vəzifəsini və “Milli Hərəkat” partiyasını tərk edib.
Tavdqiridze buna səbəb olaraq partiya yoldaşlarının və partiyanın yerli rəhbərlərinin ona qarşı həyata keçirdikləri şantajı göstərir.
“Mənim şəxsi yazışmalarım və telefon danışıqlarım üçüncü şəxslərə ötürülüb. Mənə yönəlik təhdid davam edirdi, bununla bağlı artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət etmişəm və müvafiq sübutlar təqdim etmişəm. Mən Gürcüstandan qaçan Davit Kezeraşvilinin maliyyələşdirdiyi partiyada ola bilmərəm”- deyə Tavdqiridze bildirib.
Malxaz Tavdqiridze digər üzvlərin də “Milli Hərəkat”ı tərk edəcəyini istisna etmir.