Xavyer Kolomina - Madrid Sammitində Gürcüstanın ehtiyacları ilə bağlı olan dəstək qərarı qəbul olunacaq
Ukraynadakı müharibə hamı üçün dramatik və tektonik dəyişiklikdir, biz NATO-nun etdiklərinə adaptasiya lazımdır, – bu barədə NATO baş katibinin köməkçisinin müavini, Xavyer Kolomina Parlamentdəki görüşlərdən sonra bəyan etdi.
Kolominanın sözlərinə görə, NATO-nun cavabı bütün partnyorlarla dəstəyi və əməkdaşlığı gücləndirməkdir.
“Aydındır ki, istər Tbilisidə, istərsə də dünən Yerevanda, sonra da Bakıda keçirilən görüşlərdə müzakirələrin böyük hissəsi Rusiyanın Ukraynadakı müharibəsindən gedir, hansı da konteksti fundamental şəkildə dəyişdi. Ukraynadakı müharibə hamı üçün dramatik və tektonik dəyişiklikdir, biz NATO-nun etdiklərinə adaptasiya lazımdır. NATO-nun cavabı bütün partnyorlarla dəstəyi və əməkdaşlığı gücləndirməkdir. Xüsusilə də rollarının Rusiyanın yaratdığı təhlükədən ən çox təsirlənəcəyinə inandığımız partyorlarla. Hazırda bizi iyunun sonunda keçiriləcək Madrid Sammitinə aparacaq proses gedir. Sammitdə Gürcüstanın ehtiyacları ilə bağlı olan dəstək qərarı qəbul olunacaq”, – Kolomina bəyan etdi.