Xavier Kolomina - NATO Gürcüstanın Abxaziya bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina işğal altındakı Abxaziyada qondarma “parlament seçkiləri”-nin keçirilməsi məsələsinə münasibət bildirib.
Xavier Kolominanın sözlərinə görə, NATO seçkinin legitimliyini tanımır.
” NATO Gürcüstanın Abxaziya bölgəsində şənbə günü keçirilən seçkilərin legitimliyini tanımır. Alyans Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir”-bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Twitter səhifəsində yazır.
Martın 12-də işğal olunmuş Abxaziyada qondarma “parlament seçki”-ləri keçirilib.