Xavier Kolomina - hər bir ölkənin hansı müdafiə təşkilatına qoşulmaq istəməsini özünün müəyyən etmək hüququ var, Açıq Qapı siyasəti qüvvədədir, Gürcüstan və Ukraynanın Avro-atlantik yolu tamamilə təhlükəsizdir.

Hər bir ölkənin kənar müdaxilə olmadan hansı müdafiə təşkilatına qoşulmaq istəməsini özünün müəyyən etmək hüququ var- bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın Birinci Kanalına danışarkən bildirib.

Onun sözlərinə görə, NATO Gürcüstan və Ukraynanın qoşulmaq istədikləri alyansları seçmək hüququnu dəstəkləyir.

“NATO-nun Açıq Qapı siyasəti ilə bağlı çox qəti mövqeyimiz var. Rusiya nümayəndələri ilə istənilən təmas zamanı təkrarladığımız prinsiplərdən biri də hər bir ölkənin kənar müdaxilə olmadan hansı müdafiə təşkilatına qoşulmaq istəməsini müəyyən etmək hüququna malik olması prinsipidir. Bu o deməkdir ki, Açıq Qapı siyasəti qüvvədədir, Gürcüstan və Ukraynanın Avro-atlantik yolu tam təhlükəsizdir. Bildiyiniz kimi, NATO-nun genişlənməsi ilə bağlı qərarı NATO üzvləri və tərəfdaşları verir. Rusiyanın bu qərara veto qoymaq hüququ yoxdur” -deyə Xavier Kolomina bildirib.