Xatuna Samnidze - “Milli Hərəkat”da o qədər dərin böhran var ki, partiyanın parçalanması qaçınılmazdır, görünür, bu proses başlayıb
Müxalifətçi deputat Xatuna Samnidze “Milli Hərəkat” üzvlərinin partiyanı tərk etməsinin onun üçün gözlənilməz olmadığını bildirib.
Samnidzenin sözlərinə görə, “Milli Hərəkat”da o qədər dərin böhran var ki, partiyanın parçalanması qaçınılmazdır və görünür, bu proses başlayıb.
“Ümid edirəm ki, başqa təşkilatların nümayəndələri də partiyanı tərk edəcək və partiya parçalanacaq, bunu əvvəllər dəfələrlə demişəm. Bu təəssüfdoğurucudur, amma mən “Milli Hərəkatın” bu böhrana son qoymasını arzulayıram və bu böhrana son qoymağın həll yollarından biri də partiyanı parçalamaqdır. Batumi təşkilatından konkret partiya üzvlərinin getməsi bu prosesin davam edəcəyi mənasına gəlir. Fikrimcə, Nika Melia artıq öz bəyanatı ilə partiyadan ayrıldığını və yeni partiya yaradacağını deyəcək”- Xatuna Samnidze bildirib.
“Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri Qiorqi Kirtadze və Mirdat Kamadadze partiyanı tərk ediblər. Batumi sakrebulosunda “Milli Hərəkat” fraksiyasının 7 deputatı da “Milli Hərəkat”ı tərk edib.
“Milli Hərəkat”ın artıq sabiq üzvləri siyasi fəaliyyətlərini və mübarizələrini yeni platformada davam etdirəcəklərini deyirlər, hərçənd onlar yeni təşkilat yaratmaqdan, Nika Melia ilə əməkdaşlıqdan danışmayıblar.