Xatuna Samnidze - Gürcüstandan eşidilən çaşdırıcı ismarıclara, iqtidar-müxalifət qarşıdurmasına baxmayaraq, biz tərəfdaşlara milli maraqların hər şeydən üstün olduğunu göstərməyi bacarmalıyıq
Xatuna Samnidze - Gürcüstandan eşidilən çaşdırıcı ismarıclara, iqtidar-müxalifət qarşıdurmasına baxmayaraq, biz tərəfdaşlara milli maraqların hər şeydən üstün olduğunu göstərməyi bacarmalıyıq

 

Gürcüstandan eşidilən çaşdırıcı ismarıclara, iqtidar-müxalifət qarşıdurmasına baxmayaraq, biz tərəfdaşlarımızın bütün suallarına cavab verə bilməli, reallığı, ölkədə nə baş verdiyini , hansı çətinliklərin olduğunu, hakimiyyətin hansı səhvlərə yol verdiyini göstərməliyik. Biz ölkəyə namizəd statusu qazandıra bilməliyik -bu barədə müxalif deputat Xatuna Samnidze açıqlayıb.

Samnidze Almaniyanın bu prosesdə aparıcı rola malik olduğunu və onun Gürcüstana dəstəyinin həyati əhəmiyyət kəsb etdiyini bildirib.

“Gürcüstandan çaşdırıcı ictimai ismarıcların eşidilməsinə və sualların olmasına , iqtidar-müxalifət qarşıdurmasına baxmayaraq, biz tərəfdaşlarımızın bütün suallarına cavab verə bilməli, reallığı, ölkədə nə baş verdiyini , hansı çətinliklərin olduğunu, hakimiyyətin hansı səhvlərə yol verdiyini , niyə bu prosesdə həyati önəm daşıyan məsələlərdə müxalifət və iqtidarın razılaşa bilməməsini və milli maraqların birinci yerdə olduğunu göstərməliyik. Biz ölkəyə namizəd statusu qazandıra bilməliyik.

Almaniya bu prosesdə aparıcı rola malikdir və onun ictimai bəyanatlar, konkret addımlar və siyasi bəyanatlarla Gürcüstana dəstəyi həyati əhəmiyyət kəsb edir. Çağırışlardan , ölkəmizin namizəd statusuna nə qədər layiq olduğundan və Almaniyadakı tərəfdaşlarımızdan bu prosesdə ölkəmizə dəstəyi gücləndirmələrindən danışdığımız bu parlament səfəri daha vacibdir “-deyə Xatuna Samnidze açıqlayıb.

Gürcüstan parlamentinin nümayəndə heyəti parlamentin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə Almaniyanın paytaxtındadır.

Parlamentin sədri ilə birlikdə nümayəndə heyətinin tərkibinə Nikoloz Samxaradze, Anri Oxanaşvili, Levan Kobiaşvili, Nino İobaşvili, İrakli Şatakişvili və Xatuna Samnidze daxildir.