Xatuna Samnidze - ALDE Gürcüstanın Liberal partiyalarının təşəbbüsü ilə Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun veriləcəyini bildirən qətnamə layihəsini təsdiq etdi
Avropa Liberal-Demokrat Alyansı ALDE Gürcüstanın Liberal partiyalarının təşəbbüsü ilə Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun veriləcəyini bildirən qətnamə layihəsini təsdiq etdi, – bu barədə Respublikaçılar partiyasının üzvü, Xatuna Samnidze sosial şəbəkədə yazır.
“Qətnamənin mətnində oxuyuruq: Avropa İttifaqına üzv olmaq gürcü, ukrayna və moldova xalqlarının tarixi seçimidir. Gürcüstan, Moldova və Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsi yuxarıda adları çəkilən ölkələrdə demokratiyanın gücləndirilməsində və onların Rusiyanın təsirindən azad edilməsində əlavə irəliləyiş olacaq”, – Samnidze yazır.