Xatiya Moisrapişvili prezidentin mətbuat katibi vəzifəsindən azad olundu
Gürcüstan prezidentinin qərarı ilə, Xatiya Moisrapişvili artıq Salome Zurabişvilinin mətbuat katibi deyil, – bu barədə Gürcüstanın Birinci Kanalına prezident administrasiyasından bəyan etdilər.
Media ilə əlaqələr məsələləri üzrə prezidentin məsləhətçisi, İrina Şengeliya səbəblər barəsində danışmır, lakin bəyan edir ki, Xatiya Moisrapişvili administrasiyada qalır və işini kommunikasiyalar departamentində davam etdirəcək.