Xatiya Dekanoidze - planlarımız eynidir, bu Parlamentə legitimasiya vermirik, beynəlxalq partnyorlarımızla əlaqələrimizi davam etdirirk
Bu Parlamentə nə etiraf baxımından və nə də hüquqi baxımından legitimasiya və səlahiyyət vermirik, beynəlxalq partnyorlarımızla əlaqələrimizi davam etdirirk, – bu barədə “Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze bəyan etdi.
Xatiya Dekanoidzenin qeyd etdiyinə görə, səfirlərlə görüşün nə zaman bəlli olduğu dəqiq olaraq məlum deyil.
“Partnyorlarımızdan təsdiq gözləyirik, güman edildiyinə görə, bu görüşdə baş tutatacaq. Biz, bu siyasi böhrandan çıxış ilə bağlı öz baxışlarımızla tanış edəcəyik. Planlarımız eynidir, bu Parlamentə nə etiraf baxımından və nə də hüquqi baxımından legitimasiya və səlahiyyət vermirik, beynəlxalq partnyorlarımızla əlaqələrimizi davam etdirirk. Bizim kəskin etirazımızı, məhz elə bu hakimiyyətin laqeydliyi nəticəsində baş verən çox ağır pandemiya şəraitində, mümkün olduğu çərçivədə davam etdiririk”, – Xatiya Dekanoidze bəyan etdi.