Xatiya Dekanoidze - "Milli Hərəkat" Parlamentə daxil olur ki, yerli seçkilərdə rejimi məğlubiyyətə uğradaq və vaxtından əvvəl seçkilər təyin edək
Xatiya Dekanoidze - "Milli Hərəkat" Parlamentə daxil olur ki, yerli seçkilərdə rejimi məğlubiyyətə uğradaq və vaxtından əvvəl seçkilər təyin edək

“Milli Hərəkat” Parlamentə daxil olur ki, yerli seçkilərdə rejimi məğlubiyyətə uğradaq və vaxtından əvvəl seçkilər təyin edək, – bu barədə “Milli Hərəkat” partiyasının üzvü, Xatiya Dekanoidze bəyan etdi.

Xatiya Dekanoidzenin qeyd etdiyinə görə, “Milli Hərəkat” imtiyazlar və vəzifələrə görə Parlamentə daxil olmur.

“Milli Hərəkat” Parlamentə daxil olur ki, yerli seçkilərdə rejimi məğlubiyyətə uğradaq və vaxtından əvvəl seçkilər təyin edək. Bu bizim üçün əsas məqsəddir və Parlamentdən, bunun üçün institut kimi istifadə edəcəyik. Başqa vəzifələr, imtiyazlar, korrupsiya, şəxsi firəvanlıq – bu “Gürcü Aruzusuna” aiddir. Onlar bunu sevirlər və onlara lazımdır. Gürcüstan vətəndaşların vəziyyəti pisləşdi. Çünki Onlar pulları oğurlayırlar. Bizim məqsədimiz vaxtından əvvəl seçkilərdir, yerli seçkiləri udmaqdır və rejimi sona yetirməkdir. Parlament instirurundan bax buna görə istifadəedəcəyik. Kimsə nəyisə bizə qadağan edə bilməz. “Milli Hərəkat” Parlamentə elə təqdim olunacaq. Sadaladığım məqsədlərə nail olmaq üçün. Buna görə hakimiyyətin “Gürcü Arzusu” ilə bölüşdürməyi planlaşdırmırıq. Bu bizim maraqlarımıza daxil deyil. Bizim maraqlarımızdadır ki, koordinasiyalı seçkilərə hazırlaşaq və bunun üçün hər şeydən istifadə edək. Bunlar əsas səbəblərdir ki, “Milli Hərəkat” nəyə görə parlamentə daxil olursa”, – Dekanoidze bəyan etdi.

“Milli Hərəkat” partiyası Parlamentə daxil olur. Bu barədə qərarı partiya siyasi şurasının bu günki iclasında qəbul etdi. Bununla yanaşı, parlamentə daxil olmağa baxmayaraq, “Milli Hərəkatın” sədri, Nika Meliyanın açıqlamasına görə, Şarl Mişel tərəfindən təqdim edilən sənədə imza atmırlar.