Xatia Dekanoidze - partiya ya küçədə, ya parlamentdə, ya da haradasa aktiv olmalıdır, parlamentə gəlməyənlərə etiraz edirəm
Nikanın uzun müddətdir belə bir mövqeyi var, parlamenti tərk etdi, parlamentə gəlməli və işləməli olmaları barədə onun mövqeyini bölüşürəm, deputat mandatına malikdirlərsə, zalda olmalı və vəzifələrini yerinə yetirməlidirlər- bu barədə müxalifətçi deputat Xatia Dekanoidze bildirib.
Dekanoidzenin sözlərinə əsasən, partiya ya küçədə, ya parlamentdə, ya da haradasa aktiv olmalıdır.
“Əksəriyyəti parlamentə gəlmir. Gəlməyənlərin mandatını niyə saxlaması, bəlli deyil. Dünən və srağagün ağır təhqirlər fonunda üç-dörd nəfər idik. Parlament seçkilərinə heç bir il də qalmayıb, tərk etməklə bağlı xüsusi bir şey yoxdur, amma partiya ya küçədə, ya parlamentdə, ya da haradasa aktiv olmalıdır. Gəlməyənlərə yönəlik etirazım var. Biz az olanda bizə hücum edirlər, çətin mənzərədir, çox olsaq, başqa vəziyyət olacaq”-Dekanoidze bildirib.
“Milli Hərəkat”ın üzvü Nika Melia dünən sosial şəbəkədə yazıb ki, parlamentdəki müxalifət yeganə funksiyanı yerinə yetirəsi olur– “Gürcü Arzusu” üçün parlamenti gözəlləşdirmək.
“Mən maaşı, avtomobili, benzini və digər imtiyazları başa düşürəm, lakin bütün bunlar “arzu”nun parlamentini nəcibləşdirməyə çalışmağa dəyməz”– Nika Melia yazıb.