Xatia Dekanoidze müxalifətin Ukraynaya ayrıca səfər edəcəyini bildirir
Xatia Dekanoidze müxalifətin Ukraynaya ayrıca səfər edəcəyini bildirir

 

 “Milli Hərəkat” partiyasının üzvü Xatia Dekanoidzenin sözlərinə görə,   müxalifət və parlamentin sədri Şalva Papuaşvili Ukraynaya ayrı-ayrılıqda səfər edəcək.

“Mən öz mövqeyimi bildirdim, bu fraksiyamızın, partiyamızın mövqeyidir. Şalva Papuaşvilinin bəyanatından da eşitdiyimiz üzrə Ukraynaya səfər etməsi yaxşı haldır, o bunu bir daha təsdiqlədi, lakin bu birgə səfər olmayacaq. Müxalifət ayrı, parlamentin sədri ayrı gedəcək.  Bu, mənim bütün müxalifət partiyalarına, o cümlədən əksəriyyətinə dediyim mövqeyim idi”  -deyə Xatiya Dekanoidze bildirib.

Bu qərara nəyin səbəb olmasına dair ünvanlanan suala, Xatia Dekanoidze cavabında məsələ ilə bağlı fikir ayrılığının olduğunu qeyd edib.

“Müxtəlif fikirlər var idi. Bu, mənim mövqeyimdir və məlum oldu ki, bu mövqe son olaraq sərgilənəcək. Yəni, biz müxalifət əvvəl olduğu kimi ayrı gedəcəyik, parlament əksəriyyəti, parlament sədri ayrı gedəcək. “Gürcü Arzusu” tərəfindən belə demək mümkünsə, bəzi təkliflər oldu, lakin  təəssüf ki, belə təkliflər – məntiqsizdir, ticarət kimi şeyləri Ukrayna ilə əlaqələndirmək olmaz. Buna görə də mənim mövqeyim çox qəti idi”  -deyə Xatia Dekanoidze bildirib.