Xatia Dekanoidze - impiçmentin sona qədər aparılacağına inanmıram, çünki hakim komanda indiki mərhələdə lazımi 100 səsə malik olmadığını yaxşı bilir, bu, avantüradır
Xatia Dekanoidze - impiçmentin sona qədər aparılacağına inanmıram, çünki hakim komanda indiki mərhələdə lazımi 100 səsə malik olmadığını yaxşı bilir, bu, avantüradır

 
İmpiçmentin sona qədər aparılacağına inanmıram, çünki hakim komanda indiki mərhələdə lazımi 100 səsə malik olmadığını yaxşı bilir, bu, avantüradır, proses xatirinə prosesdir- bu barədə müxalifətçi deputat, Xatia Dekanoidze açıqlayıb.

O bildirib ki, impiçment məsələsi yaxınlaşanda beynəlxalq tərəfdaşlar Salome Zurabişvili ilə bağlı bəyanatlar verəcək və bu, “Gürcü Arzusu”nun anti-qərb bəyanatları ilə müşaiyət olunacaq.

“Bütün bunlar informasiya xaosu yaratmağa və diqqəti yayındırmağa xidmət edir. Bu, radikallaşma-qütbləşmə olacaq. İmpiçment məsələsi yaxınlaşanda beynəlxalq tərəfdaşlar Salome Zurabişvili ilə bağlı bəyanatlar verəcək və bu, “Gürcü Arzusu”nun anti-qərb bəyanatları ilə müşaiyət olunacaq. Düşünürəm ki, impiçmentə başlamaq Bidzina İvanişvilinin şəxsi inadkarlığıdır, çünki bu məsələyə dövlətçilik nöqteyi-nəzərdən deyil, şəxsi məsələ kimi baxır və Salome Zurabişvilini ukraynayönlü bəyanatlarına görə cəzalandırmaq istəyir”-deyə Dekanoidze açıqlayıb.