Xatia Dekanoidze - impiçmentə səs verən, Avropaya inteqrasiya kursuna əngəl törədilməsində iştirak edəcək, yaşıl düyməni sıxmazdan əvvəl hər kəs düşünməlidir
Xatia Dekanoidze - impiçmentə səs verən, Avropaya inteqrasiya kursuna əngəl törədilməsində iştirak edəcək, yaşıl düyməni sıxmazdan əvvəl hər kəs düşünməlidir

 
Roman Qotsiridze və mən prezidentin impiçmentini dəstəkləmirik, çünki bu, anti-qərb təbliğatının davamıdır – bu barədə müxalifətdən olan deputat Xatia Dekanoidze danışıb.

O, Konstitusiya Məhkəməsinin qərarının “Gürcü Arzusu” üçün məqbul olacağına dair gözləntilərinin olduğunu bildirib.

“Roman Qotsiridze və mən prezidentin impiçmentini dəstəkləmirik, çünki bu, anti-qərb təbliğatının davamı, Bidzina İvanişvilinin şəxsi qərarıdır və yalnız informasiya xaosu yaratmaq üçün başladılmış prosesdir. Hakim komanda 100 səs toplamaq baxımından problemi olacağını yaxşı bilir. Müxalifətə gəlincə, iclas zalında 100 səsin toplanacağına şübhə edirəm. Mən hələlik bunun üçün resurs görmürəm, hərçənd müxalifəti təmsil edən insanların məsuliyyətini öz üzərimə götürə bilmərəm. İmpiçmentə səs verən insanlar Avropaya inteqrasiya kursuna əngəl törədilməsində iştirak edəcəklər. Bu səbəbdən yaşıl düyməni sıxmazdan əvvəl hər kəs düşünməlidir”-deyə Dekanoidze bildirib.