Xatia Dekanoidze - "Gürcü Arzusu"nun doqquz şərtin yerinə yetirilməsini və Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını nəzərdə tutan zəmini yaradacağını gözləmirəm
Xatia Dekanoidze - "Gürcü Arzusu"nun doqquz şərtin yerinə yetirilməsini və Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını nəzərdə tutan zəmini yaradacağını gözləmirəm

 
Müxalifətçi deputat Xatia Dekanoidze bildirib ki, “Gürcü Arzusu”nun doqquz şərtin yerinə yetirilməsini və Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını nəzərdə tutan zəmini yaradacağını gözləmir, lakin onun təbirincə müxalifət tərəfindən ortaq qərarların qəbul edilməsi olduqca mühümdür.

“Parlamentin növbəti plenar iclasında Pridon İncianın , yəni köhnə şəxsiyyət vəsiqələri ilə bağlı “Gürcü Arzusu”nun təşəbbüsü müzakirə olunacaq. Bu dəyişikliklərə ciddi müqavimət göstərilməsi vacibdir. Siyasi qrupumuz əməkdaşlıq haqqında təşəbbüsün necə olacağına baxacaq və biz buna uyğun müzakirə aparacağıq. Bununla belə, müxalifətin vahid mövqeyi zəruri və həyati əhəmiyyət kəsb edəcək”-deyə Xatia Dekanoidze açıqlayıb.