Xatia Dekanoidze - fraksiyada və partiyada boykotla bağlı plan yoxdur, bu məsələni müzakirə etməmişik
Fraksiyada və partiyada boykotla bağlı plan yoxdur, bu məsələni müzakirə etməmişik -deyə “Milli Hərəkat”ın üzvü Xatia Dekanoidze bildirib.
O, sentyabrın 6-da keçiriləcək iclasda iştirak etməyi planlaşdırdıqlarını və həmçinin qanunvericilik təşəbbüsü üzərində işlədiklərini bildirib.
“Biz bütün ictimai iclaslarda, komitə dinləmələrində iştirak edəcəyimizi demişik. Sentyabrın 6-da ilk iclasda iştirak etməyi planlaşdırırıq. O cümlədən seçki mühitinin yaxşılaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsü üzərində işləyirik. Həmçinin bildiyiniz üzrə, müxalifət vətəndaş sektoru ilə birlikdə müxtəlif istiqamətlərdə çox mühüm təşəbbüslər irəli sürüb. Təbii ki, biz bütün bunların ətrafında işləməyə davam edirik və ilk növbədə komitələrə təqdim edəcəyik.
Təkcə müxalifəti deyil, həm də ictimaiyyəti də maraqlandıran və “Gürcü Arzusu”nun həyata keçirməyə borclu olduğu bir neçə məsələ çox vacibdir- birincisisi, bu, seçkilərdir, ombudsmanın təqdim edilməsi qaydasının təsdiqi, anti-korrupsiya istiqamətində qanunvericilik çərçivəsinin gücləndirilməsi və ən əsası 12 bəndin yerinə yetirilməsidir, təəssüf ki, bu sonuncusu ilə bağlı sadəcə olaraq imitasiya xarakterli proses aparılır. Bundan irəli gələrək, prinsipcə, əgər iqtidar 12 bəndin yerinə yetirilməsində maraqlıdırsa, o zaman müxalifətin təqdim etdiyi təşəbbüslər komitələrdə birgə müzakirə edilməlidir. O cümlədən bu mülki sektorla birlikdə çox geniş əhatəli prosesə aiddir” -deyə Dekanoidze bildirib.