Xaşuri-Axalsixe-Vale avtomobil yolunda hərəkət bərpa olundu
Xaşuri-Axalsixe-Vale avtomobil yolunda hərəkət bərpa olundu

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, aparılan intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Xaşuri-Axalsixe-Vale yolunda yedəkli, yarım yedəkli avtonəqliyyatın hərəkəti sərbəstdir.

İdarənin məlumatına görə, Avtomobil Yolları Departamenti əhalini qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır.